Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda ilk dəfə “pipeline stent” implantasiyası həyata keçirilmişdir

Azərbaycanda ilk dəfə beyin anevrizması endovaskulyar əməliyyatı zamanı “pipeline stent” implantasiyası həyata keçirilmişdir.

 

Prof.dr Əhməd Məmişin rəhbərliyi, Prof. Dr. Kirill Orlovun iştirakı ilə Respublika Müalicə-Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri neyrocərrah Rafael Bayramov və nevropatoloq Lalə Hüseynova tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında beyin qanaxmalarının ən əsas səbəblərindən olan anevrizma xəstəliyinin qapalı endovaskulyar əməliyyatı ilə müalicəsi (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) dünyada ancaq inkişaf etmiş mərkəzlərdə istifadəsinə icazə verilən “pipeline stent” implantasiyası nəticəsində həyata keçirilmişdir.

 

İki dəfə beyindaxili qanaxma keçirmiş olan 24 yaşlı xəstəyə daxili yuxu arteriyasının beyni qidalandıran ən uc hissəsindəki böyük anevrizma diaqnozu qoyulmuşdur. Bud arteriyasında açılan 2 millimetrlik deşik vasitəsilə damar daxilindən kəllə arteriyalarının içinə daxil olunub və arteriyadakı balonlaşmanın ağzı “pipeline stent” implantasiyası ilə bağlanmışdır. Nəticədə anevrizmanın təkrar qanaxma verməsinin qarşısı alınmış olub.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı 

 

 

12/08/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013