Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə nazirliyində kadr məsələlərinə həsr olunmuş kollegiya iclası keçirilib.

 

İclasda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini və baş həkimi vəzifəsinə təyin olunmuş şəxslərin adları açıqlanıb. Milli Onkologiya Mərkəzinin baş direktorun müavini vəzifəsinə Quliyev Fuad Ədalət oğlu, baş həkimi vəzifəsinə isə Əbdürrəhimov Azad Ramiz oğlu təyin olunublar.

 

Quliyev Fuad Ədalət oğlu 2000-ci ildə İstanbul Universiteti Cerrahpaşa Tibb fakültəsini bitirib. 2001- 2006-cı illərdə İstanbul Universitetinin Urologiya kafedrasında uzmanlıq üzrə təhsil almışdır. 2007-2008-ci illərdə isə Neftçilər Xəstəxanasının endoskopik cərrahiyyə və diaqnostika şöbəsində uroloq-cərrah vəzifəsində daha sonra isə urologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2009-cu ildən Milli Onkologiya Mərkəzinin Onkologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Avropa Urologiya Assosiasiyasının üzvüdür, Tibb elmləri namizədidir.

 

Əbdürrəhimov Azad Ramiz oğlu 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. 1984-cü ildən 1988-ci ilədək M.N.Qədirli adına Mərkəzi Hövzə Klinik Xəstəxanasında gəmi həkimi vəzifəsində, 1988-90-cı illərdə həkim-terapevt, baş həkimin ekspertiza üzrə müavini, Hövzə poliklinikası baş həkimi, baş həkimin tibbi işlər üzrə müavini vəzifəsində işləmişdir. 2005-2009-cu illərdə Azərbaycan Dövlət Xəzər Gəmiçiliyində tibbi işlər üzrə şöbənin rəisi vəzifəsində və Mərkəzi Dənizçilər Xəstəxanasının icraçı direktor vəzifəsində çalışmışdır. 2009-cu ildən Milli Onkologiya Mərkəzində baş həkimin müavini vəzifəsini icra edir.

 

İclasda digər məsələlərdə müzakirə olunub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

7/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013