Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən müəssisə sahibkarları cəzalandırıldı

Respublikanın sanitariya-epidemioloji xidmət  orqanları tərəfindən 2013-cü ilin iyul ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 80 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş,  31 obyektin  istismarının  dayandırılması  barədə  qərar qəbul  edilmiş, 23  nəfər  işdən  müvəqqəti kənarlaşdırılmışdır. 

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə  1037, mikrobioloji göstəricilərinə görə 956, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə  36 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə  cəlb olunmuşdur. Nümunələrin 24-da orqanoleptik və fiziki-kimyəvi, 20-da mikrobioloji göstəricilərinə görə normalardan  kənara çıxma müəyyən olunmuşdur. 

 

Şadlıq evlərindən 2647 yaxma nümunəsi, 10 soyuq qəlyanaltı nümunəsi götürülmüş,  58  yaxma nümunəsində mikrobioloji  çirklənmə  aşkar  edilmişdir. 

 

İyul ayı ərzində əhali  arasında  229 qida zəhərlənməsi hadisəsi baş vermiş, 241  nəfər zərərçəkən  olmuşdur.

22/08/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013