Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qida zəhərlənməsi ilə 78 nəfər xəstəxanalara yerləşdirilib

22.08.2013-cü il tarixində saat 13:00-dan etibarən Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə, habelə Şabran Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 78 nəfər ürəkbulanma, qusma və yüksək hərarət şikayətləri ilə daxil olmuşdur.

 

Bunlardan 62 nəfəri (18-i azyaşlı uşaq olmaqla) Siyəzən rayon Müalicə Diaqnostika Mərkəzinə digər 16 nəfəri isə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.

 

Qida zəhərlənməzi diaqnozu qoyulmuş vətəndaşlara ilkin tibbi yardım göstərilmiş və dərhal hadisə barəsində Səhiyyə Nazirliyinin 113 xidmətinə məlumat verilmişdir.

 

Bununla əlaqədar Bakıdan  Siyəzən xəstəxanasına sanaviasiya ilə mütəxəssislərimiz ezam olunmuşdur. Siyəzəndə müraciət edənlərin hər birinə ilkin tibbi yardım göstərilmiş və evlərinə buraxılmışlar.

 

Şabran rayon Mərkəzi Xəstəxanasına daxil olmuş 16 nəfərdən nisbətən vəziyyətləri ağır olan 8-ə stasionar, digərlərinə ambulator yardım göstərilərək evlərinə buraxılıblar.

 

Zərərçəkənlərin hamısı Şabran rayonunun Ağbaş kəndinin sakinləridir  və onlar dünən Siyəzəndə yerləşən "Çıraqqala" şadlıq sarayında toy məclisində olublar.

 

Sanitariya-epidemioloji xidmət orqanları tərəfindən adıgedən restoranından nümunələr götürülmüş Bakıya Səhiyyə Nazirliyinin Qiqiyena Epidemiologiya Mərkəzinə göndərilmişdir.

23/08/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013