Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqları artırıldı

Səhiyyə müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır. 

 

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, səhiyyə müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram: 

 

1. Dövlət büdcəsindən maliyyələşdirilən səhiyyə müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 avqust 2013-cü il.

2/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013