Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Ağcabədi Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. 

 

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşmüşdür. Yeni xəstəxananın istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev burada ən müasir tibbi avadanlığın quraşdırıldığını bildirmişdir. Dövlətimizin başçısı vurğulamışdır ki, mövcud şərait bu xəstəxanada yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə imkan verəcəkdir. 

 

Həkim Nuranə Qəribova tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına göstərdiyi diqqət və qayğısına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirmişdir. Xəstəxanaya baxış zamanı ölkə başçısına məlumat verilmişdir ki, Səhiyyə naziri Oqtay Şirəliyev məlumat vermişdir ki, xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.

2/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013