Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyi növbəti elektron xidmətini təqdim edib

Səhiyyə Nazirliyi “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” adlı elektron xidmətini təqdim edib. Bu xidmət vasitəsilə xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu mümkündür.  Xidmətdən istifadə etmək üçün istifadəçi portalda Səhiyyə Nazirliyinin sözügedən elektron xidmətini seçməklə yeni müraciət menyusuna daxil olub, təhsil növünü qeyd etdikdən  sonra tələb olunan məlumatları daxil edərək öz müraciətini göndərə bilər.  

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

2/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013