Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Şəkidə vətəndaşları qəbul etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev avqustun 30-da Şəki Mərkəzi Rayon Xəstəxanasının yeni korpusunda Şəki, habelə ətraf rayonlardan olan Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ  rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur. Qəbula gələn 22 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir. 

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

2/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013