Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayır

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Bakıda 12-15.09.2013-cü il tarixlərində XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi keçiriləcəkdir. Konqresin açılışı ATU-nun yeni binasının konfrans zalında 12 sentyabr 2013-cü il tarixində saat 10:00 - keçiriləcəkdir . Konqresdə Səhiyyə Nazirliyinin və ATU-nun səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssisləri iştirak edəcəklər. Konqres KİV nümayəndələri üçün acıqdır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

11/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013