Həkimlər üçün təkmilləşdirilmə kursları təşkil edilir - Elan
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış sazişin növbəti mərhələsinə 2013-cü il sentyabr ayında start veriləcək.
Belə ki, akademiyanın professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün endokrinologiya və pulmonologiya ixtisasları üzrə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda elmi-praktiki kurslar keçiriləcək.
Kurslarda Səhiyyə Nazirliyinin tabeçiliyində olan respublika üzrə dövlət xəstəxanalarında yuxarıda qeyd olunan ixtisaslar üzrə işləyən 45 yaşınadək və rus dilini bilən mütəxəssislər iştirak edə bilərlər.
- kadrların şəxsi uçot vərəqəsi
- tibb universitetinin diplomunun sürəti
- internatura haqqında şəhadətnamənin sürəti
- əmək kitabçasının sürəti
- sertifikasiya şəhadətnamənin sürəti (əgər keçibsə)
- Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda keçmiş təkmilləşdirmə kurslarının şəhadətnamənin sürəti
Sənədlər 15 oktyabr 2013-cü il tarixinədək saat 10:00-dan-16:00-dək Səhiyyə Nazirliyində (245\246 nömrəli otaq) qəbul edilir.
2/10/2013