Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən könüllü qanvermə aksiyaları davam edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 2013-cü il iyul-sentyabr ayları ərzində respublika üzrə könüllü qanvermə aksiyaları keçirilmişdir. 

 

Belə ki, 01.07.2013-cü il tarixindən 26.07.2013-cü il tarixinədək Tovuz MRX-da 100 nəfər, Göygöl MRX-da 203 nəfər, Xaçmaz MRX-da 114 nəfər, 26 saylı ŞKX-da 41 nəfər, Goranboy MRX-da 160 nəfər, Samux MRX-da 122 nəfər, Naftalan MŞX-da 145 nəfər, Gəncə Şəhər Səhiyyə İdarəsində 92 nəfər, Daşkəsən MRX-da 92 nəfər, Gədəbəy MRX-da 174 nəfər, Şirvan MŞX-da isə 104 nəfər könüllü olaraq qan vermişdir.

 

03.08.2013-cü il tarixindən 28.08.2013-cü il tarixinədək Şəki MRX-da 110 nəfər, Qəbələ MRX-da 176 nəfər, Qax MRX-da 70 nəfər, İsmayıllı MRX-da 47 nəfər, Göyçay MRX-da 150 nəfər, Balakən MRX-da 57 nəfər, Quba MRX-da 124 nəfər, Qusar MRX-da 142 nəfər, Xızı MRX-da isə 131 nəfər könüllü olaraq qan vermişdir.

 

02.09.2013-cü il tarixindən 12.09.2013-cü il tarixinədək Kliniki Tibbi Mərkəzdə 61 nəfər, Neftçala MRX-da 178 nəfər, Saatlı MRX-da 159 nəfər, Sabirabad MRX-da 183 nəfər, Ucar MRX-da isə 133 nəfər könüllü olaraq qan vermişdir.

 

Aksiyalar zamanı tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyada iştirak edən bütün insanlara dərin təşəkkürümüzü bildiririk!

 

Aksiyalar davam edir!

 

Tibbi Yardımın Təşkili Şöbəsi

17/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013