Bərdə və Tərtər MRX-da könüllü qanvermə aksiyaları keçirilmişdir
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 sentyabr 2013-cü il tarixində Bərdə və Tərtər Mərkəzi Rayon Xəstəxanalarında könüllü qanvermə aksiyaları keçirilmişdir.
Aksiyalar zamanı Bərdə MRX-da 150 nəfər, Tərtər MRX-da isə 133 nəfər könüllü olaraq qan vermişdir. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.