Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Rezidenturaya imtahan vermiş namizədlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olmuşdur. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçmiş və nəticədə 31 plan yeri boş qalmışdır.

 

Boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur.

 

Müsabiqənin nəticələrinə əsasən boş qalan plan yerlərini istiqamətlər üzrə təqdim edirik:

 

I istiqamət (Müalicə işi, pediatriya)

 

I. Azərbaycan Tibb Universiteti

 

311244 Terapiya – 1 yer

 

II. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

 

313189 Psixiatriya – 1 yer

313253 Dermatovenerologiya – 1 yer

 

III. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası

 

329113 Anesteziologiya-reanimatologiya – 1 yer

 

IV. Respublika Narkoloji Mərkəz

 

332118 Narkologiya – 1 yer

 

IV istiqamət (Tibbi-profilaktika)

I. Azərbaycan Tibb Universiteti

 

311455 Gigiyena – 4 yer

 

II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi

333122 Gigiyena – 6 yer

333139 Epidemiologiya – 4 yer

 

I, II və IV istiqamətlər üzrə

Naxçıvan Dövlət Universiteti

 

361132 Sosial gigiyena və səhiyyənin təşkili – 1 yer

 

I, III və IV istiqamətlər üzrə

Naxçıvan Dövlət Universiteti

 

361149 Mikrobiologiya – 1 yer

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.

 

Qeyd: Digər ixtisaslar üzrə plan yerləri tam dolmuşdur.

24/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013