Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul etmişdir
Səhiyyə naziri Oqtay Şirəliyev sentyabrın 24-də Göygöl Mərkəzi Rayon Xəstəxanasında Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Goranboy, Samux, Naftalan və Kəlbəcər rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur. Qəbula gələn 29 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir.