Gənc mütəxəssislər Türkiyənin aparıcı klinikalarına ixtisasartırma kurslarına göndərilib
Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir.
Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən 2013-cü il sentyabr ayından etibarən 40 gənc mütəxəssis həkim Türkiyənin aparıcı klinikalarına səhiyyənin prioritet sahələri üzrə üç aylıq ixtisasartırma kurslarına göndərilib.
Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı
25/09/2013