Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kursları keçiriləcək

Əziz Əliyev ad. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu həkim-cərrahlar tərəfindən endoskopik cərrahiyyə metodlarının nəzəri bilik və praktik vərdişlərinin mənimsənilməsi və möhkəmləndirilməsi məqsədilə “Laparoskopik treninq“ mövzusunda tematik təkmilləşmə kurslarının keçirilməsini planlaşdırır. Kursların ödənişli əsaslarla, 2 həftəlik müddətdə keçirilməsi nəzərdə tutulur. Kursun yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri, texniki imkanlar yaradılmışdır. Müdavimlərin xüsusi simulyatorlarda treninq keçərək praktik vərdişlərə yiyələnməsi və canlı əməliyyatlarda iştirakı təmin olunacaqdır. Kursu müvəffəqiyyətlə bitirmiş həkim-dinləyicilərə ADHTİ-nin müvafiq şəhadətnaməsi veriləcəkdir.

 

Ətraflı məlumat üçün instituta müraciət edə bilərsiniz.

 

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, məhəllə 3165

 

Tel: 431-40-33 rektorluq, 450-19-05 cərrahiyyə 1 kafedrası 

 

26/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013