Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Yeni tibb müəssisələri əhalinin istifadəsinə verilmişdir

Ölkəmizin səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayı artmaqdadır. Bu günlərdə “Səhiyyə Sektorunda İslahatlar Layihəsi” çərçivəsində 4 rayonda inşa edilmiş 10 tibb müəssisəsi əhalinin istifadəsinə verilmişdir.

 

Belə ki, Şəkidə Aşağı Göynük kənd xəstəxanasının və Baş Göynük kənd həkim məntəqəsinin, Qaxda Əlibəyli kənd xəstəxanasının və Güllük kənd həkim məntəqəsinin, İsmayıllıda Lahıc qəsəbə xəstəxanasının, İvanovka kənd xəstəxanasının, Topçu kənd həkim məntəqəsinin və Tircan kənd həkim məntəqəsinin, Ağdaşda Ərəbocaq kənd həkim məntəqəsinin və Qolqəti kənd həkim məntəqəsinin açılışları olmuşdur.

 

Ölkəmizdə açılan bütün tibb ocaqları kimi bu müəssisələrdə də əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsi üçün bütün lazımı şərait yaradılıb. Yüksək standartlara cavab verən müasir tibb ocaqlarının istifadəyə verilməsi ölkəmizdə səhiyyə sahəsinə, insanların sağlamlığına diqqət və qayğının bariz nümunəsidir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30/09/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013