Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul etmişdir

Səhiyyə naziri Oqtay Şirəliyev 4 oktyabr 2013-cü il tarixində Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay və İsmayıllı rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur.

 

Qəbula gələn 56 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir.

 

Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

4/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013