Səhiyyə Nazirliyinin "Qaynar xətt" (9103) xidmətinə 2013-cü il avqust-sentyabr ayları ərzində 771 müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin 571-i (33-ü əsaslı, 348-i isə əsassız, 190-ı cari problemlərlə bağlı şikayət), 12-si - aidiyyəti üzrə deyil, 188-i sorğu xarakterli olub.
Qaynar xətt xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülmüşdür.