Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri ilə görüş keçirilib

Bu gün Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Brijet Buşe ilə görüş keçirilib.

 

Görüş Azərbaycan Respublikasının İnsan Alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən görülən işlərin müzakirəsinə həsr olunmuşdur. Görüşdə bildirilmişdir ki, Bu gün Səhiyyə Nazirliyində Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Brijet Buşe ilə görüş keçirilibİnsan Alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının (2009-2013-cü illər) icrası ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər planı işlənib hazırlanmışdır və plan hazırda həyata keçirilir. İnsan alveri qurbanlarına və məişət zorakılığına məruz qalmış vətəndaşlar üçün tibbi yardım müəssisələri ayrılmışdır. Həmin tibb müəssisələrində həmin şəxslərə lazımi ambulator və stasionar tibbi xidmət göstərilir. Bundan başqa əhalinin maarifləndirməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilmişdir.

 

Görüşün sonunda mövzu ətrafında ümumi müzakirələr aparılmışdır.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

13/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013