Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən 86 müəssisənin sahibkarı cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin sentyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 19 obyektin istismarının müvəqqəti dayandırılması barədə qərar qəbul edilmiş, 23 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 974, mikrobioloji göstəricilərinə görə 1060, toksikoloji göstəricilərinə görə 331, radioloji göstəricilərinə görə 36 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 10-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 2692 yaxma nümunəsi, 26 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Sentyabr ayı ərzində əhali arasında 116 qida zəhərlənməsi hadisəsi baş vermiş, 166 nəfər zərərçəkən olmuşdur. O cümlədən 2 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuş, 1 ölüm hadisəsi baş vermişdir.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

18/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013