Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəmkir MRX-da keçirilən qanvermə aksiyalarında 1008 nəfər könüllü olaraq qan vermişdir

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 29-31 oktyabr 2013-cü il tarixində Şəmkir Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar zamanı 1008 nəfər könüllü olaraq qan vermişdir. Qeyd edək ki, bu aksiya iştirakçıların sayına, habelə tədarük olunan qan və komponentləri miqdarına görə rekord həddə çatmışdır. Əldə olunan qan və onun komponentləri hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Aksiyalar davam edir.

 

Tibbi Yardımın Təşkili Şöbəsi

31/10/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013