Pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri təkmilləşdirməsi İnstitutunda Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyasının professura və dosent heyəti tərəfindən azərbaycanlı müdavimlər üçün pulmonologiya üzrə elmi-praktiki kurslar keçirilir.
20 günlük kurslara respublika üzrə Səhiyyə Nazirliyinin tabeçiliyində olan dövlət xəstəxanalarında çalışan mütəxəssislər cəlb edilib.
Qeyd edək ki, kurslar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb təhsili Akademiyası arasında imzalanmış saziş çərçivəsində təşkil edilib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
6/11/2013