Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ikinci imtahanlarının nəticələri bəlli oldu.

 

12.01.2011-ci il tarixində anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə keçirilən imtahanlarda 56 həkim iştirak etmişdir. İştirakçılardan bir həkim (anesteziologiya-reanimatologiya ixtisası üzrə) 97 bal toplayaraq ən yüksək nəticəni göstərib. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 88% (49 nəfər) uğurlu nəticələr əldə etmişdir.

 

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

14/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013