Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” könüllü qanvermə aksiyaları keçiriləcək

Hər il olduğu kimi bu ildə Məhərrimlik ayının onuncu günü “Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

 

Mərasimlər 14 noyabr 2013-cü il tarixində Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunda, habelə Bakı şəhəri «Təzə pir», «Mir-Mövsüm ağa», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər “Cümə məscidi”ndə, Gəncə şəhər “İmamzadə məscidi”ndə, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə, Mingəçevir şəhər “Heydər məscidi”ndə, Şəki şəhər “Cümə məscidi”ndə və Bərdə şəhər “Cümə məscidi”ndə təşkil olunacaq.

 

Aksiyalara səhər 9:00-dan başlanacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Məlumat üçün qeyd edək ki, ötən il “Aşura günü” keçirilən qanvermə

aksiyalarında 4800 nəfər könüllü qan vermişdir.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

13/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013