Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

“Aşura günü” keçirilmiş qanvermə aksiyalarda 4437 nəfər könüllü olaraq qan vermişdir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü «Aşura günü"ndə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilmişdir.

 

Aksiyalar Bakı şəhərində ET Hematologiya və Transfuzioloqiya İnstitutunun Mərkəzi Qan Bankında, habelə Bakı şəhəri «Təzə pir», «Mir-Mövsüm ağa», “İçərişəhər Cümə», “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, bölgələrdən Sumqayıt şəhər “Cümə məscidi”ndə, Gəncə şəhər “İmamzadə məscidi”ndə, Lənkəran şəhər “Böyükbazar məscidi”ndə, Mingəçevir şəhər “Heydər məscidi”ndə, Şəki şəhər “Cümə məscidi”ndə, Bərdə şəhər “Cümə məscidi”ndə, Mərkəzi Qan Bankının Quba və Şirvan bölmələrində təşkil edilmişdir. Təşkil olunmuş qanvermə aksiyalarda 4437 nəfər könüllü olaraq qan vermişdir ki, nəticədə 1774.8 litr qan tədarük olunmuşdur. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaqdır.

 

Qeyd edək ki, 2012-ci ildə “Aşura günü”ndə keçirilmiş qanvermə aksiyalarda 4007 nəfər qan vermiş və 1602.8 litr qan tədarük olunmuşdur.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

15/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013