Bu gün Salyan rayonunda Salyan rayonlararası Psixiatriya Xəstəxanasının açılışı olmuşdur. 2 mərtəbəli 100 çarpayılıq xəstəxana binası tam müasir standartlarına uyğun inşa olunub. Xəstəxananın tibb avadanlıqlarla, istilik, dərman, qida ilə tam təminatı həyata keçirilmişdir. İki böyük bölmədən kişi və qadın bölmələrindən ibarət olan psixiatriya xəstəxanası Salyan və 8 ətraf rayona (Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, Neftçala, Cəlilabad, Beyləqan) sakinlərinə xidmət edəcəkdir.