Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gigiyenik normalara cavab verməyən 38 müəssisənin sahibkarı cərimələnib

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin oktyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 38 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 13 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 20 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 721, mikrobioloji göstəricilərinə görə 660, toksikoloji göstəricilərinə görə 137, radioloji göstəricilərinə görə 12 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 2-də orqanoleptik və fiziki-kimyəvi, 5-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur.

 

Şadlıq evlərindən 3582 yaxma nümunəsi, 215 soyuq qəlyanaltı nümunəsi götürülmüş, 44 yaxma nümunəsi və 1 soyuq qəlyanaltı nümunəsində mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Oktyabr ayı ərzində əhali arasında 71 qida zəhərlənməsi hadisəsi baş vermiş, 79, nəfər zərərçəkən olmuşdur. O cümlədən 3 botulizm hadisəsi baş vermiş, 3 nəfər zərərçəkən olmuşdur.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

26/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013