Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Səhiyyə naziri Oqtay Şirəliyev Ankara Universitetinin rektoru Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin rektoru Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Görüşdə Azərbaycan tərəfdən Azərbaycan Respublikası Prezidentinin xüsusi Tibbi Xidmətinin rəhbəri, Milli Onkologiya Mərkəzinin direktoru, görkəmli akademik Cəmil Əliyev və ATU-nun rektoru akademik Əhliman Əmiraslanov da iştirak edirdi.

 

Səmimi qarşılanmadan sonra nazir O. Şirəliyev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində daimi əməkdaşlıq münasibətlərindən, qarşılıqlı həkim və tələbə mübadiləsindən danışdı.

Nazir daha sonra ölkə başçısının diqqət və qayğısı nəticəsində görülən işlər, əldə olunan nailiyyətlər haqda qonaqlara qısaca məlumat verdi.

 

Səmimi qarşılanmaya görə öz minnətdarlıqlarını bildirən qarşı tərəf ölkələrimiz arasındakı münasibətlərə çox böyük önəm verdiklərini və əməkdaşlığın daimi və axarlı olması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdilər.

 

Qonaqların səfərləri ərəfəsində Milli Onkologiya Mərkəzi və ATU ilə tanışlığı nəzərdə tutulub.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

17/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013