Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu ilə bağlı növbəti müsahibədən 59 nəfər keçib

Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

 

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 37 ixtisas üzrə 2000 vakant yerə 289 müraciət daxil olmuşdur. Bunlardan 265 nəfəri imtahanlarda iştirak hüququ qazanmışdır.

 

İmtahanların test mərhələsindən 133 nəfər məqbul alaraq ikinci - müsahibə mərhələsinə buraxılmışdır. Müsahibə nəticəsində 59 nəfər işə qəbul edilib.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

27/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013