1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı bir sıra tədbirlər keçirilir
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 22-29 noyabr 2013-cü il tarixlərində Avropanın bütün ölkələrində ilk dəfə keçiriləcək “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi”nə qoşulub.
ÜST-nin Avropa məkanında bütün dövlətlərini əhatə edəcək bu tədbir çərçivəsində və 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gənclər və idman Nazirliyi ilə birgə Bakı və regionlarda İİV -lə mübarizəyə dair silsilə profilaktik-maarifləndirmə tədbirlərin keçirilməsini planlaşdırır. Ölkənin bir sıra ali və orta tədris müəssisələrində, ticarət, ictimai nəqliyyat və digər obyektlərində keçirilən aksiyalarda arzu edənlər İİV-lə bağlı testdən keçirilir. Əhaliyə İİV/QİÇS-in profilaktikası, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə broşür və bukletlər paylanılır , İİV-lə mübarizəyə dair video çarxlar nümayiş olunur. Bu gün tədbirlər Lənkəran Dövlət Humanitar kollecində və Lənkəran tibb Kollecində keçirilmişdir. Analoji tədbirlər 28.11.2013-01.12.2013-cü il tarixlərində Astara Pedaqoji Kollecində, Bakı Metropolitenində, Park Bulvarda və Azərbaycan Dəmir Yollar QSC-də təşkil olunacaqdır.
1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzi 01.12.2013-cü il tarixində “Park Bulvar”ın 4-cü mərtəbəsində yerləşən “Planetariy” Konfrans zalında saat 12:00-da ənənəvi mətbuat konfransı keçirəcəkdir.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı
27/11/2013