Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Gənc mütəxəssislər Almaniyanın klinikalarında ixtisasartırma kurslarına göndərilib

Tibb mütəxəssislərinin, o cümlədən gənc kadrların səhiyyənin prioritet sahələri üzrə xarici ölkələrdə ixtisaslarının artırması istiqamətində işlər davam etdirilir. Belə ki, Səhiyyə Nazirliyi tərəfindən 2013-cü il noyabr ayından etibarən növbəti gənc mütəxəssislərdən ibarət heyət Almaniyanın aparıcı klinikalarına üç aylıq ixtisasartırma kurslarına göndəriliblər.

 

Qeyd edək ki, xarici ölkələrdə yüksək səviyyəli tibb mütəxəssislərinin hazırlanması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 oktyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

28/11/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013