Səhiyyə Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişlər
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir. Bu münasibətlə bu gün Səhiyyə nazirliyinin əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə gül dəstələri qoymuşlar.