Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi davam etdirilir

Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Belarusiyanın Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri azərbaycanlı müdavimlər üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçirmişlər.

 

Dekabr ayı ərzində akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin bazasında təşkil olunmuş seminarlarda əsasən uşaq kardiocərrahiyyəsi mövzularına üstünlük verilmişdir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

19/12/2013

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013