5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur
15.01.2011-ci il tarixində 5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olmuşdur. Burada kəskin süst iflicli xəstələrin müalicə və reabilitasiyası nəzərdə tututlub.
2 mərtəbəli, 25 çarpayılıq şöbənin 1-ci mərtəbəsində qəbul, şok əleyhinə otaq, izolyator otaqları, mətbəx və 3 palata, 2-ci mərtəbəsində isə manipulyasiya, fizioterapiya otağı və 9 palata yerləşdirilmişdir.
Tam müasir tibbi avadanlıqla təchiz olunmuş xəstəxanada istilik, qida və dərman preparatları ilə də tam təmin olunmuşdur.