Səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk 2-ci mərhələsi - müsahibəsi keçirilmişdir
Bu gün praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin ilk 2-ci mərhələsi - müsahibəsi keçirilmişdir.
Müsahibədə 05.01.2011-ci il tarixində mama-ginekologiya ixtisası üzrə test imtahan verən və birinci mərhələdən uğurlu nəticələr əldə edən həkimlər iştirak ediblər. Sertifikasiya komissiyanın yekdil qərarına görə, müsahibədə iştirak edən 4 mama-ginekoloq növbəti mərhələni də uğurla keçmişlər.
Bu gün eyni zamanda Səhiyyə Nazirliyi praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanını keçirib. İmtahan oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə aparılıb.
Mətbuat xidmətinin məlumatı
19/01/2011