Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Qax rayonunda yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir

Qax rayonunda yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir

 

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində Qax rayonunun Qıpçaq kəndində yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən mərasimdə son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs olunmuş, ucqar kəndlərdə müasir standartlara uyğun belə səhiyyə obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərliyinin insanların sağlamlığına diqqət və qayğısının bariz nümunəsi kimi qeyd olunmuşdur. Yeni məntəqə “Səhiyyə sektorunda islahatlar” layihəsi çərçivəsində rayonda istifadəyə verilən sayca üçüncü tibb müəssisədir. Ötən ilin sentyabrında Güllük və Əlibəyli kəndlərində də belə səhiyyə ocaqları tikilib əhalinin istifadəsinə verilmişdir.

Sonra tədbir iştirakçıları məntəqədə yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, müasir standartlara uyğun inşa edilən, zəruri tibbi avadanlıqla təchiz olunan yeni həkim məntəqəsi Qıpçaq kəndi ilə yanaşı, bu ərazidə yerləşən digər kəndlərin əhalisinə də xidmət göstərəcəkdir.

26/02/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013