Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İxtisasartırma kurslarına göndəriləcək həkimlər ilə görüş keçirilib

19.01.2011-ci il tarixində Səhiyyə Nazirliyində bu günlərdə Türkiyəyə yola düşəcək 44 həkim müdavimlə görüş keçirilib.

 

Səhiyyə Nazirliyi və Dünya Bankının “Səhiyyə sektorunda islahatlar layihəsi” çərçivəsində ixtisasartırma kurslarına göndəriləcək həkimlər ilə keçirilən görüşün əsas məqsədi onlara bəzi inzibati, təşkilatı məsələləri aydınlaşdırmaq və tövsiyələr vermək idi.

 

Praktiki tibbi bilik və bacarıqlarını təkmilləşdirilmək məqsədi ilə Türkiyə Cümhuriyyətinin müxtəlif tibb mərkəzlərinə göndərilən mütəxəssislər, əsasən 5 pilot rayondan (Şəki, İsmayıllı, Qax, Ağdaş, Abşeron və Bakı) seçilmişlər.

 

44 nəfərdən ibarət həkim heyəti 31.01.2011-ci ildə yola düşəcəklər. Kurslar əsasən 1 aylıq nəzərdə tutulub.

 

19/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013