Elmi-praktiki konfrans keçiriləcək
13 mart 2014-cü ildə saat 15:00-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında (ünvan: Mərdanov qardaşları,100 ) Doqquzuncu Ümumdünya Böyrək Gününə həsr olunmuş elmi-praktiki konfrans keçiriləcəkdir.
Konfransda Azərbaycanda Böyrək əvəzedici terapiyanın 2013-cü il registri, Böyrək transplantasiyası və virus hepatitləri, Kəskin gestasiyon pielonefrit, Böyrəklərin xronik xəstəliyi zamanı ürəyin işemik xəstəliyi, Ailəvi aralıqdənizi qızdırması, Uşaqlarda nevrotik sindromun müasir müalicəsi və s.bu kimi önəmli mövzulara dair məruzələrlə tanınmış professor, tibb üzrə f.d, dosentlərin çıxışları olacaq.
Konfrans KİV nümayəndələri üçün acıqdır.
Səhiyyə nazirliyi Mətbuat Xidmətinin məlumatı
11/03/2014