Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

İnfeksion xəstəliklər və səhiyyə menecmenti üzrə kurslar təşkil olunacaq-Elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti tərəfindən may ayında infeksion xəstəliklər və səhiyyə menecmenti (səhiyyənin idarəolunması)üzrə kurslar təşkil olunacaq.

Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan və rus dilini yaxşı bilən mütəxəssislər 7 aprel 2014-cü il tarixindən -30 aprel 2014-cü il tarixinədək saat 10:00-dan-17:00-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

 

* Doldurulmuş kadr uçot vərəqəsi

* 3 x 4-ə fotoşəkil

* Diplomun surəti

* İnternaturanın sürəti

* Əmək kitabçası

 

2/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013