Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Laborator diaqnostika üzrə kurslar təşkil olunacaq Elan

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti tərəfindən iyun ayında laborator diaqnostika (ümumi laboratoriya, biokimyəvi laboratoriya) və şüa diaqnostikası üzrə kurslar təşkil olunacaq.

Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər 12 may –dan – 30 may 2014-cü il tarixinədək saat 10:00-dan - 17:00-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) müraciət edə bilərlər.

Tələb olunan sənədlər:

* Doldurulmuş kadr uçot vərəqəsi

* 3 x 4-ə fotoşəkil

* Diplomun surəti

* İnternaturanın sürəti

* Əmək kitabçası

11/04/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013