Mədəni kütləvi aksiya keçiriləcək
Aprel ayının 12-si saat 12:00-da Binəqədi rayonu Heydər Əliyev adına Parkda
“FİZİKİ AKTİV OL, İDMANA BAŞLA! HƏYATINA RƏNG QAT və SAĞLAM YAŞA!” şüarı altında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatı tərəfindən aktiv həyat tərzinin təbliği məqsədi ilə “Sağlamlığını qoru” mədəni-kütləvi aksiyası baş tutacaq. Aksiyada məktəb şagirdləri, Atletika və Qılıncoynatma Federasiyaları, Rəssamlıq Akademiyasının tələbələri, Real Madrid Fondunun Uşaq sosial məktəbinin nümayəndələrinin iştirakı və maarifləndirilmə materiallarının paylanılması nəzərdə tutulmuşdur.
Aksiyaya dəstək məqsədi ilə populyar müğənnilər iştirak edəcəklər.
Sizi bu tədbirdə iştirak etməyə dəvət edirik.
11/04/2014