İnfeksion xəstəliklər və səhiyyə menecmenti üzrə kurslar təşkil olunub
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti ölkəmizdə 12.05.2014-cü il tarixindən etibarən infeksion xəstəliklər və səhiyyə menecmenti (səhiyyənin idarəolunması)üzrə kurslara başlayıblar. Azərbaycan Dövlət Həkimləri təkmilləşdirilməsi İnstitutunda keçirilən kurslara Bakı və bölgələrdə çalışan mütəxəssislər cəlb edilmişdir.