Laborator diaqnostika üzrə kurslar təşkil olunub
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti tərəfindən iyun ayında laborator diaqnostika (ümumi laboratoriya, biokimyəvi laboratoriya) və şüa diaqnostikası üzrə kurslar təşkil olunmuşdur. 9-28.06.2014-cü il tarixlərində , Azərbaycan Dövlət Həkimləri təkmilləşdirilməsi İnstitutunda keçirilən kurslara Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər cəlb edilmişdir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
12/06/2014