Şüa diaqnostikası, pediatriya və səhiyyənin idarəedilməsi üzrə kurslara dair ELAN
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən akademiyanın professura və dosent heyəti tərəfindən oktyabr-noyabr aylarında Bakıda şüa diaqnostikası, pediatriya və səhiyyənin idarəedilməsi üzrə kurslar təşkil olunacaq.
Kurslarda iştirak etmək istəyən Səhiyyə Nazirliyinin tabeçiliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan, ən azı öz ixtisası üzrə 3-5 il iş təcrübəsi olan, rus dilini yaxşı bilən mütəxəssislər 17 iyun- 1 avqust 2014-cü il tarixinədək saat 10:00-dan - 17:00-dək Səhiyyə Nazirliyinə (245 nömrəli otaq) sənədlər müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
* Doldurulmuş kadr uçot vərəqəsi
* 3 x 4 ölçüdə fotoşəkil - 1 ədəd
* Diplomun surəti
* İnternaturanın surəti
* Əmək kitabçası surəti
* Sertifikasiya (keçibsə) surəti
20/06/2014