Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2010-cu ilin dekabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə, gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 109 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunmuş, 30 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilmiş, 19 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.

 

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 863, mikrobioloji göstəricilərinə görə 527, toksikoloji göstəricilərinə görə 121, radioloji göstəricilərinə görə 40 yeyinti məhsullarının nümunələri laboratoriya müayinələrinə cəlb olunmuşdur. Nümunələrin 12-də orqanoleptik və fiziki-kimyəvi, 9-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunmuşdur. Şadlıq evlərindən 204 soyuq qəlyanaltı nümunəsi götürülmüş, nümunələrdə normadan kənara çıxma müəyyən olmamışdır, müayinəyə götürülmüş 1979 yaxma nümunəsinin 38-də mikrobioloji çirklənmə aşkar edilmişdir.

 

Dekabr ayı ərzində əhali arasında 25 qida zəhərlənməsi hadisəsi baş vermiş, 35 nəfər zərərçəkən olmuşdur. O cümlədən 5 botulizm hadisəsi baş vermiş, 8 nəfər zərərçəkən olmuşdur, 2 nəfər vəfat etmişdir. Qida zəhərlənmələri hadisələri ev şəraitində hazırlanmış xiyar turşusu və digər qidaların qəbulu nəticəsində baş vermişdir.

 

21/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013