Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Şəkərli diabetdən əziyyət çəkən şəxslər xüsusi düşərgələrdə istirahətlə yanaşı təlimlər keçəcəklər

“Şəkərli diabet xəstəliyinə tulmuş şəxslərə dövlət qayğısı” haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il, 12 fevral tarixli 32 nömrəli Fərmanına uyğun olaraq Nazirlər Kabinetinin 2005-ci il, 7 iyun tarixli 101 saylı qərarında “Şəkərli diabet üzrə 2005-2009-cu illər üçün Dövlət Proqramı”nın tətbiq edilməsi göstərilmişdir. Həmin qanunun və dövlət proqramının şəkərli diabetlə xəstə olan şəxslərə sanator-reablitasiya yardımının təşkil edilməsi haqqında 39-cu bənddə deyilir: “Diabetli uşaq və gənclərin yay istirahətini təmin etmək üçün düşərgələrin təşkili, onların tibb işçiləri və tibbi ləvazimatlarla təmin edilməsi, iş icrası Gənclər və İdman Nazirliyinə, Səhiyyə Nazirliyinə həvalə edilsin. “2011-2015 –ci illər üçün Şəkərli diabet üzrə Tədbirlər Proqramı”nda da həmin ideya davam etdirilərək icraçı kimi Respublika Endokrinoloji Mərkəz və yardımçı təşkilat kimi Azərbaycan Diabet Liqası İctimai Birliyi göstərilib.

Bu səbəbdən də hər il olduğu kimi bu ildə 9-19 iyul tarixlərində 30 nəfər diabetli vətəndaşlar üçün xüsusi yay düşərgəsi təşkil edilmişdir. Səhiyyə Nazirliyinin və Gənclər İdman və Turizm Nazirliyinin və dəstəyi ilə diabeti olan 14-17 yaş həddində olan uşaqlar üçün Lənkəranda “Palıdlı Sahil” istirahət zonasında xüsusi yay düşərgəsi təşkil edilmışdir. Yay düşərgəsi zamanı 30 nəfər Respublika Endokrinoloji Mərkəzin tibb əməkdaşları tərəfindən nəzarət altında istirahətlə yanaşı təlim olunacaqlar. Uşaqları bu ərəfədə maraqlı gün rejimi, müsabiqələr, idman oyunları gözləyir.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

8/07/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013