Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
İrsi qan xəstəliyi, qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən xeyirxah aksiyada rayon sakinləri fəal iştirak etmişlər.
Aksiya zamanı 150 nəfər könüllü olaraq qan vermişdir.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaqdır.