Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

Oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilmiş imtahanlarının nəticələri bəlli oldu

Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu.

 

19.01.2011-ci il tarixində oftalmologiya və ümumi-cərrahiyə ixtisasları üzrə keçirilən imtahanlarda 37 həkim iştirak etmişdir. İştirakçılardan 4 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Bütövlükdə isə imtahanlarda iştirak edən həkimlərin 95% (35 nəfər) uğurlu nəticələr əldə etmişdir.

 

İmtahanın şərtlərinə görə 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

 

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin məlumatı

21/01/2011

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013