Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı

REZİDENTLƏRİN NƏZƏRİNƏ!

REZİDENTLƏRİN NƏZƏRİNƏ!

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan, rezidentura üçün klinik baza kimi təsdiq edilmiş tibb müəssisələrində rezidenturadakı təhsilin səviyyəsinin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müxtəlif ixtisaslar üzrə xaricdə 1-3 aylıq rotasiya tsiklları təşkil olunur. Rezidentura təhsilinin cari ilini tamamlayaraq dövri attestasiyadan müvəffəqiyyətlə keçmiş və səlis xarici dil (türk, ingilis və ya alman dili) biliyi olan həkim-rezidentlərin iştirakı nəzərdə tutulmuşdur.

Bu tsikklarda iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. ərizə;

2. kadrların şəxsi uçot vərəqəsi;

3. rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə;

4. tələb olunan tədris dili (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi və ya ingilis dili (TOEFL və s.), türk dili (tibbi terminologiya ilə) imtahanının və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

5. ali təhsil haqqında diplomun surəti

6. 3,5x4,5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil;

7. şəxsiyyət vəsiqəsinin surəti;

8. xarici pasportun surəti

9. əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda)

 

Sənədlərin qəbulu 01.10.2014-cü il tarixindən başlayaraq 20 iş günü müddətində saat 10.00-dan 12.00-dək Azərbaycan Respublikası Səhiyyə Nazirliyində (I mərtəbə, otaq №109) aparılır.

29/09/2014

Azərbaycan Respublikası Səhiyyə Nazirliyin Rəsmi Saytı
Saytdakı materiallardan istifadə edərkən istinad etmək zəruridir!
Bütün hüquqlar qorunur! © 2011-2013